Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.
Teleqraf.com-un məlumatına görə, məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub.
Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.