5 Aprel 2015 14:02
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda evdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: