6 Aprel 2015 12:40
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Daewoo” markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Teymur Mahmudov vurulub. Nəticədə o, hadisə yerində ölüb. Xəsarətlə nəticələnən daha bir yol qəzası Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elnur Ələkbərov vurulub. E.Ələkbərov xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: