6 Aprel 2015 12:45
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Fatmayı bağlar sahəsində evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 5-də saat 09 radələrində Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Aleksandr Yeqorovun evində yanğın baş verib.

Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada A.Yeqorovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: