6 Aprel 2015 13:13
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, naməlum sürücünün idarə etdiyi “BMW” və şəhər sakini Rauf Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub, nəticədə “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən yolu keçən Qubadlı rayon sakini Ətraf Baxşəliyevi vurub hadisə yerini tərk edib.

Ə.Baxşəliyev xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəasi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: