Bakı polisinin dilənçilərə qarşı əməliyyatları davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Çevik Polis Alayı, Nərimanov RPİ və Nəsimi RPİ əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılıb. Onların da barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov