19 May 2014 17:32
678

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.

Teleqraf.com-un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elxan Abbasov 14 il, Əgər İbrahimli 14 il 6 ay, Təyyar Abbasov 13 il, Pərviz Musazadə 13 il, Babək Bağırov 13 il, Ramil Məhərrəmov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirlənsdirilən şəxslər ötən il, aprelin 28-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər. Əməliyyat nəticəsində onlardan 9 kiloqram 327,91 qram qurudulmuş marixuana və 581,51 qram heroin aşkarlanaraq götürülüb.

Məlum olub ki, Təyyar Abbasov, Pərviz Musazadə və Elxan Abbasov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Təvəkkül adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədi ilə İrandan Azərbaycana qaçaq yolla gətirib.

Hacı Zeynalov


Müəllif: