Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 10-na təyin edilib.
Qeyd edək ki, ötən il mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, V. Əhmədov sabiq polis əməkdaşı olub.
Hacı Zeynalov