19 May 2014 17:42
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Rauf Bağırovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rauf Bağırov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rauf Bağırov Xətai rayonu, Məhəmməd Hadi küçəsi-21 ünvanında 1991-ci il təvəllüdlü Suraxanı rayon sakini Firudin Cəfərovu bıçaqlayaraq öldürüb.

Rauf Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: