6 Aprel 2015 17:21
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində intihar hadisəsi baş verib. Mingəçevir Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Elşad Məmmədov yaşadığı ünvanda özünü asaraq ölüb.

Elşad Məmmədovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: