Bakının Xəzər rayonunda mağazadan oğurluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan Sumqayıt şəhər sakinləri Ramil Rəhimov, Habil Məmmədov, İlkin Sadıqov, Faiq Abbasov və Cavid Niyazov tutulublar.
Onlar bu ilin aprelin 8-də İsmayıl Məlikova məxsus mağazadan danışıq kartları oğurlayıblar.
Hacı Zeynalov