Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı soyğunçuluqda təqsirləndirilən Şahin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Heydərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il fevralın 2-də Nərimanov rayonunda şəhər sakini Şahin Məmmədovun Kamilla Mazmanovaya qarşı soyğunçuluq etməsi müəyyən edililib. Nərimanov rayon polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Məmmədov saxlanılıb.
Hacı Zeynalov