8 Aprel 2015 12:41
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində 3 balıqçı itkin düşüb.

Bu barədə Teleqraf.com-u FHN-nin saytına istinadən xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçı itkin düşüb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.


Müəllif: