Bakıda soyğunçuluq edən şəxsdən narkotik aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Rahilə Muradovanın 210 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Əsədov tutulub. Ondan 0,280 qram heroin götürülüb.
Hacı Zeynalov