8 Aprel 2015 15:17
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər