9 Aprel 2015 12:54
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Əhmədlinin gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və o, tutulub.

S.Əhmədlinin əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: