9 Aprel 2015 13:52
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda mənzildən külli miqdarda pul aparan dəstənin iki üzvü həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.

Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Qeyd edək ki, Mircəlal Kazımi tanınmış cərrah transplantoloqdur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər