9 Aprel 2015 14:42
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda Pasxa tətilində oğrular brilyant satışı ilə məşğul olan şirkəti soyublar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, oğrular 600 kassadan 300-nü boşaltmağı bacarıblar.

Polis soyğunçuların Pasxa tətilindən istifadə edərək Hatton Garden Safe Deposit Ltd. şirkətinin damında deşik açaraq binaya daxil olduğunu müəyyən edib. Onlar lift boşluğundan iplə eniblər. Daha sonra zirzəmi qatındakı 45 sm qalınlığındakı polad qapını mişarla kəsiblər.

Oğrular 600 kassadan 300-nü soya biliblər. Onlar 200 milyon funt-sterlinq dəyərində brilyant, ləl-cəvahirat və nağd pul oğurlaya biliblər.

Oğurlanmış brilyantlar arasında 500 min funt-sterlinq dəyərində böyük bir almaz da olub.

Rüstəm


Müəllif: