Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Asif Məmmədov 17 il azadlıqdan məhrum edilmə cəzası verilib.
Qeyd edək ki, qətl keçən il oktyabr ayın 3-də Xəzər rayonu Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində uzaq qohumu,Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.
A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Hacı Zeynalov