9 Aprel 2015 17:01
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Olly Norojono ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, AİB-in ölkə ofisinin rəhbəri bankın fəaliyyəti haqqında məlumat verərək şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. O.Norojono təmsil etdiyi bankın Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi niyyətində olduqlarını bəyan edib.

Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında qonağa məlumat verərək dövlətin QHT-lərin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında danışıb. O, Asiya İnkişaf Bankının əməkdaşlıq təklifini müsbət qiymətləndirdiyini və diqqətlə araşdırılacağını qeyd edib.

Görüşdə iki qurum arasında əməkdaşlığa dair konkret təkliflərin hazırlanması istiqamətində razılıq əldə olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər