9 Aprel 2015 18:37
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hilal Həmidov ifadə verib. O, bildirib ki, 2004-cü ilin dekabr ayında “Xudəfərin” MMC-dən mənşzil alan zaman Abdulla Abdullayevlə görüşüb: “Sonradan binanın tikintisi dayandı, təxminən 10 nəfər getdik şirkətə, dedilər ki, müəyyən maliyyə problemləri yaranıb və binanın tikintisi davam edəcək”.

Zərərçəkmiş kimi ifadə verən Xaliq Bahadır şikayətçi olmayıb. O, “Xudafərin” MMC-dən mənzil aldığını, özünü zərərçəkən hesab etmədiyini bildirib. Orxan Cəfərov ifadə verib.

Orxan Cəfərov mülki iddia ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, iddinaın cinayət işinə əlavə edilməsini tələb edib. İddiada bildirilib ki, “Xudafərin” MMC-dən alınmış obyektlərlə bağlı ona 2 milyon 120 min manat ziyan dəyib.

Onun sözlərinə görə, nənəsi və dayısı 2003-ci ildə obyekt alınması ilə bağlı müqavilə bağlayıblar. 2006-cı ildə şirkətdən bildiriblər ki, maliyyə çatışmazlığı yarandığı üçün tikinti davam etmir və buna görə, əlavə məbləğlər də ödəyiblər. Müqavilə nənəsinin adına bağlanıb və hazırda o, dünyasını dəyişib.
Məhkəmə iclası aprelin 13-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər