Bakının Nizami rayonunda quldurluq hadisəsi törədən şəxslər həbs edilib.
Nizami Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Çobanzadə küçəsi 35 ünvanında qeydə alınıb.
Məlumata görə, hadisə martın 23-də, gecə saatlarında baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında piyada evlərinə gedən Taleh Ağayevin qarşısını kəsib. Onlar Taleh Ağayevin boğazına bıçaq dirəyərək 2 ədəd mobil telefonunu alıblar.
Taleh Ağayev quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 24-cü polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Şahin Şəfiyev və Bərdə rayon sakini Sərvan Ramazanov tutulublar.
Hacı Zeynalov