Bakının Yasamal rayonunda arvadını qətlə yetirən şəxs polisə təslim olub.
Yasamal Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Namiq Məmmədov prokurorluq və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı yaxalanıb.
Qeyd edək ki, qətl hadisəsi martın 9-da, 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb.
Avtobus “Şamaxinka” adlanan ərazidə dayanıb və hadisəni törədən Namiq Məmmədov hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Fatma Şəmiyevadır.
Qətlə yetirilən zaman Şəmiyeva Fatmanın yanında təxminən səkkiz yaşlı uşağı da olub.
Hacı Zeynalov