10 Aprel 2015 11:27
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə rayonun Qiyaməddinli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Vüsalə Elşən qızı Əmirova zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin müayinə zamanı onun sirkə turşusu içərək özünü öldürmək istədiyi müəyyən edilib.

Vüsalə Əmirovaya ilkin tibbi yardım göstərilib. Onun vəziyyəti ağır olduğu üçün paytaxtda olan xəstəxanalardan birinə aparılıb. Gənc qızın hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daşqın Abdullayev


Müəllif: