Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən partlayışla bağlı açıqlama yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 9-da saat 20 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Elxan Aslanova məxsus evdə təbii qazın sızmasından ani partlayış baş verib.
Nəticədə evin dam örtüyü qismən zədələnib, qapı və pəncərə şüşələri sınıb, E.Aslanovun arvadı Leyla yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov