10 Aprel 2015 15:19
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Səfiyar oğlu Cəfərov ağır bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Həkimlərin səyinə baxmayaraq, Vüsal Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Vüsal Cəfərovun döyülərək xəsarət aldığı müəyyənləşib. Ona xəsarət yetirən şəxsin isə Abşeron rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Mirzə oğlu Abbasquliyev olduğu məlum olub. Pərviz Abbasquliyev saxlanılıb. Vüsal Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. Vüsal Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərbviz Abbasquliyev 11 müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş prokurorluq apelyasiya protesti verərək onun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxs də apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər