Bakıda növbəti piyada ölümü baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 10-u saat 21:30 radələrində Moskva prospektində Bakı şəhər sakini Rusif Pərviz oğlu Hacıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə piyada vurub.
Ağcəbədi rayon sakini olan piyada Cahid Elyar oğlu Rüstəmov xəstəxanada ölüb.