11 Aprel 2015 21:37
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad sakini bıçaqla özünə ağır xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər xəstəxanasından verilən məlumata görə, ötən gecə saat 22.30 radələrində Şirvan şəhər xəstəxanasına bıçaq yarası almış xəstə daxil olub. Sabirabad rayon Osmanlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağır stabildir.


Sabirabad polis şöbəsindən verilən məlumata görə, yaralı bıçaq xəsarətini özü özünə yetirdiyini iddia edir.


Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər