12 Aprel 2015 19:29
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə ağır cinayət törətməkdə ittiham olunan Yevaxl rayon sakini Könül Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Könül Məmmədova ötən ilin sentyabrın 2-də Biləsuvar rayonuna, Cəbrayıl Əhmədovun yaşadığı mənizlə qonaq gəlib. Aralarında yaranan münaqişə zamanı Könül Məmmədova balta ilə Cəbrayıl Əhmədova zərbə yetirərək onu qətlə yetirib.

Müəyyən edilib ki, Könül Məmmədova Cəbrayıl Əhmədovun evinə qonaq gəlib. Həmin vaxt onların arasında mübahisə yaranıb. Mübahisədən sonra Cəbrayıl Əhmədov yatıb. Bundan sonra Könül Məmmədova ev sahibindən qisas almaq qərarına gəlib. Bu məqsədlə Könül Məmmədova balta ilə silahlanaraq Cəbarayıl Əhmədovu baltalayaraq öldürüb.

Könül Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Könül Məmmədova apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və hökm qüvvəsində saxlanılıb.

Şirvan Apelyasiya Məhkəməsinin qərarından narazı qalan Könül Məmmədova kasasiya şikayəti verib. Hakim Tapdıq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Könül Məmmədovanın kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər