13 Aprel 2015 14:43
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda qətl hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Q.Abbasov küçəsində qeydə alınıb. Tufeyli həyat tərzi keçirən Bakı şəhər sakini Rafiq Ağayevin üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti tapılıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş tufeyli həyat tərzi keçirən paytaxt sakini Vladimir Kopyorkin tutulub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər