13 Aprel 2015 15:09
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Rəvan Telman oğlu Qocalı tutulub. Şübhəli şəxsin üzərindən 4,244 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

O, aprelin 11-də saat 23 radələrində B.Dadaşov küçəsində Aygün Nəsrullayevaya qarşı soyğunçuluğa cəhddə şübhəli bilinir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər