Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə martın 27-də baş verib. Həmin gün gecə saatlarında Bakı şəhər sakini Cabir Rəhimov naməlum şəxsin hücumuma məruz qalıb. Həmin şəxs Cabir Rəhimovun boğazında olan qızıl boyunbağısını qopararaq qaçıb.
Cabir Rəhimov hadisə ilə bağlı 9-cu polis bölməsinə müraciət edib. Onun müraciəti əsasında keçirilən əməliyyat zamanı cinayəti törədən Masallı rayon sakini Feyruz Novruzov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov