Tovuz rayonunda soyğunçuluq hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elçin Əliyev tutulub.
Elçin Əliyev aprelin 11-də həmyerlisi Vidadi Axundova qarşı soyğunçuluq edib. O, Vidadi Axundovun qarşısını kəsərək 50 manatını və bankomat kartını alaraq qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov