14 Aprel 2015 12:11
476

Bakının Yasamal rayonunda mənzildən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi Murtuza Muxtarov küçəsi 118 ünvanında yerləşən mənzildə qeydə alınıb. Bakı şəhər sakini Əli Quliyevin mənzilində 58 min manat dəyəri olan qızıl-zinət əşyalarını oğurlanıb.

Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində a Əli Quliyevin evindən 58000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Zümrüd Rəhimova tutulub.

Hacı Zeynalov


Müəllif: