Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polisin keçirdiyi əməliyyat nəticəsində Xalid Quliyev, Varid Quliyev və Vüqar Bayramov həbs olunublar.
Onların Lənkəran, Masallı, Astara, Cəlilabad və Biləsuvarda çoxlu sayda mal-qara oğurlamaları üzə çıxıb. Dəstə üzvləri oğurladıqları mal-qaraları Elxan adlı qəsssava satıblar. Polis həmin qəssabı da həbs edilib.
Hacı Zeynalov