14 Aprel 2015 12:49
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən “Xudafərin” MMC-dən mənzil alan Elçin Əliyev, Eldar Cəfərov və Akif Əhmədov ifadə veriblər.

Elçin Əliyev Xudafərin MMC-dən mənzil aldığını deyib. O, mənzili təmir etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını bildirib.

Eldar Cəfərob da şikayəti olmadığını deyib: “Bizim tələbimiz odur ki, mənzilimiz təhvil verilsin. 2005-ci ildə ora köçməli idim, amma 10 ildir köçə bilmirəm”.

O, mənzilin təhvil verilməməsi ilə bağlı əvvəlcə Binəqədi və daha sonra isə Nərimanov Rayon Məhkəmələrində iddia qaldırdığını deyib. Bu zaman Abdulla Abdullayev zərərçəkmişləri ittiham edərək, yalan danışdıqlarını deyib.

Məhkəmə aprelin 16-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər