Bakının Nəsimi rayonunda mağazadan oğurluq edən gənc həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi rayonun M. Qaşqay küçəsi, ev 28 ünvanında yerləşən və mühafizə olunan, fiziki şəxs Kamil Qarayevə məxsus “Qrand” market mağazasında qeydə alınıb.
Mağazadan Nəsimi Rayon Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlanılıb. Yoxlama zamanı obyektdən geyim əşyaları oğurlayan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Mikayılov Şahin Hüseyn oğlu saxlanılıb.
Onun barəsində sonrakı araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.
Hacı Zeynalov