Salyan rayon sakini evindən oğurluq hadisəsinin baş verməməsi barədə polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlanmasını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Aynur Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib. Toplanmış material rayon prokurorluğuna göndəriləcək.
Hacı Zeynalov