14 Aprel 2015 15:09
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanan şəxsin kimliyi müəyyən olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilənin Saatlı rayon sakini Rauf İmanov olması və ona xəsarətin Lənkəran rayon sakini Hüseyn Heydərli tərəfindən yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər