14 Aprel 2015 17:56
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər