15 Aprel 2015 12:43
2 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhkəmənin Uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi Canpolad Budaqova təyin etdiyi təzminat ödənildiyi təqdirdə Canpoladın Bakıya ekstradisiyası mümkün olacaq".


Dünya çempionunun qardaşı Elman Budaqov İnterAz-a danışıb.

Onun sözlərinə görə, Canpoladın təxminən 2 il bundan öncə baş tutan son məhkəməsində ermənilər 3 milyon rubl təzminat və 21 il iş istəyib. Məhkəmənin qərarı ilə Canpolada 13 il iş və 1 milyon rubl (təxminən 20 000 dollar ) cərimə təyin edilib.

İdmançının qardaşı bildirdi ki, təzminat ödənildiyi təqdirdə Canpoladın Bakıya ekstradisiyası mümkün olacaq:

“Lazım olan sənədlər hazırlanıb, hətta Rusiya-Azərbaycan tərəfinin Ədliyyə Nazirliyi həmin sənədi imzalayıb. Sadəcə qalıb məhkəmənin təyin etdiyi təzminatın ödənilməsi”.

Elman Budaqov onu da qeyd etdi ki, Canpoladın Bakıya ekstradisiyası üçün canfəşanlıq etmələrinin səbəbi də var:

“Başlıca səbəb budur ki, Canpolad cəza çəkdiyi həbsxananın rəisi təxminən 3 aya yaxındır ki, dəyişilib və həmin posta erməni təyin olunub. Canpolad bildirib ki, həmin erməni rəis ona gün verib, işıq vermir. O, hətta ayın 20 günü səbəbsiz karsda saxlandığını da deyib. Hal-hazırda onun səhhətində problemlər yaranıb, ayağına su yığılıb. Bir sözlə, hal-hazırda onun ekstradisiyası üçün işlər görülür, ümid edirik yaxşı sonluqla nəticələnəcək”.

Qeyd edək ki, uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi, 40 yaşlı Canpolad Budaqov iki il əvvəl Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürüb. Canpolad Budaqov Samara şəhərində yerləşən “Vodopad” kafesinə gəlib. Canpoladın əyninə üzərində Azərbaycan yazısı olan köynək olub. Bu amil kafedə olan Samvel Mehrabov və daha 60 ermənini qıcıqlandırıb. Bundan sonra kafedə olan 4-5 azərbaycanlı ilə 60-a yaxın erməni arasında milli münaqişə zəminində dava düşüb. Canpolad Budaqov isə özünü qorumaq məqsədilə bıçağa əl atmalı olub.

Xatırladaq ki, Rusiya mətbuatı Canpolad Budaqovun polisi öldürməsi ilə bağlı yanlış məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, guya erməni polis qohumları ilə birgə atasının yubileyini qeyd edirmiş. Bu vaxt başqa masada oturan azərbaycanlılar arasında dava düşüb. Nəticədə erməni polis onları ayırmaq istəyərkən azərbaycanlı idmançı Samveli bıçaqlayıb. Kafedə olan iki qrup arasında dava düşüb. Mehrabov polis işçisi kimi araya girdiyi vaxt onun sinəsinə bıçaq zərbəsi endirilib.


Müəllif:

Oxşar xəbərlər