15 Aprel 2015 17:05
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda intihar hadisəsi baş verib.

Qusar Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Şirvanovka kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rübabə Babayeva özünü yaşadığı evin həyətindəki ağacdan asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: