15 Aprel 2015 17:24
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə onların. anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı aprelin 27-nə təyin edilib.

Xatırladaq ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Qurbanov 14, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Hacı Zeynalov


Müəllif: