16 Aprel 2015 00:45
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda gözəllik salonunda işləyən qız qaçırılıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Baratlı Aysel Fəxrəddin qızı həmkəndlisi Amil Əliyev tərəfindən zorla qaçırılıb. Bu işdə ona qardaşı Zamiq Əliyev, Seyfəddin Quluyev və Elnur Süleymanov kömək ediblər. Bildirilib ki, Aysel kənddəki gözəllik salonunda işləyirmiş. O, işdən çıxarkən zorla qaçırılıb. Həmin vaxt isə yanında yaxın qohumu olub.

Aldığımız məlumata görə, qızı qaçırılan ailə qızlarının geri qaytarlıması üçün oğlan evinə gedərkən onların ev əşyalarına ziyan vurublar. Məsələni belə görən Amilin ailəsi qaçırılan qızın ailəsindən evlərinə və əşyalarına dəyən ziyana görə şikayət ediblər. Bir neçə gün aparılan araşdırmalardan sonra Aysel Sabirabad rayonu ərazisindən aşkar edilərək öz ailəsinə qaytarılıb. Qızı qaçıranlar Bərdə polisi tərəfindən saxlanılıb. Faktla bağlıcinayət işi açılıb. Araşdırmalar davam etdirilir. Təqsirləndirilən şəxslərin Gəncədəki müvəqqəti saxlama təcridxanasına yerləşdirildikləri bildirilir.

Daşğın Abdullayev


Müəllif:

Oxşar xəbərlər