16 Aprel 2015 15:14
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslər tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyalarını oğurlayan Bakı şəhər sakini Samir İbrahimov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib.

Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədov və T. Qasımov da tutulublar.

Hacı Zeynalov


Müəllif: