Bakının Səbail rayonunda azyaşlı qızın meyiti tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, meyit aprelin 16-da Səbail rayonu Bibiheybət qəsəbəsinin dəniz sahilində aşkarlanıb. Üzərində zorakılıq əlamətləri görünməyən 2-3 yaşlı qız meyiti tapılıb. Azyaşlının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov