18 Aprel 2015 12:35
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: