Bakıda yarımstansiya yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli yarımstansiyanın ikinci mərtəbəsində 6 ədəd transformatorun yanar hissələri yanıb.
Yarımstansiyanın qalan hissəsi və 22 ədəd transformator yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.