Balakən rayonu, Püştətala kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 168 kv.m sahədə yanıb.
Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.