20 Aprel 2015 11:31
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Ruslan Həsənli yaşadığı evdə özünü asaraq ölüb. Onun asılmış meyiti valideyinləri tərəfindən aşkarlanıb. 6-cı sinif şagirdi olan Ruslan Həsənlinin hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: